TƏK BAŞINA QALDIĞI ADANIN GÖRÜNÜŞÜNÜ NECƏ DƏYİŞDİ?

Dahi türk şairi Nazim Hikmətin dediyi kimi Yaşamaq zarafata gəlməz, böyük bir ciddiyətlə yaşıyacaqsan. Dünyada baş verən problemlərdən uzaqda kiçik bir adada yaşıyan Ziya dayı insanlar üçün böyük bir mesaj verir.

Dünyada baş verən yanğın, təbii fəlakət , su qıtlığı meşə zolaqlarının azalmasına gətirib çıxardır. Nəticədə insanların təmiz oksigen qəbul etməsində bəzi problemlər əmələ gəlir. Bu gün dünyanın qarşısında olan problemlərdən biri də meşə zolaqlarının məhv olması ilə bağlıdır. Hər zamanın insanları olur ki, onlar öz yaşam biçimi ilə digər insanlara örnək olirlar. Etdikləri hərəkətlə dünyadakı insanlara həyəcan təbili çalaraq diqqətlərini problemin üzərinə kökləməyə gətirirlər. Belə insanlardan biri də Ziya dayıdır. 1995 ci ilə qədər Tükiyənin Ərzurum şəhərində əntik əşyaların satışı ilə məşğul olan Ziya dayı həyat yoldaşının vəfatından sonra öz məmləkəti Tunceliyə qayıtmağı qərara alır. Tunceli ilə Əlazığ bölgəsinin sərhədlərində yerləşən Keban Braj gölünün hövzəsində bir dənə də olsun ağac olmuyan ərazidə məskunlaşır. Özünüə balaca qalması üçün koma tikir. Və bir qayıq alır. Insanlardan çox uzaqda yaşıyan Ziya dayının həyatı sanki Daniel Defonun qələmə aldığı Robinzon Kruzun həyatına bənzəyir. Bir ağacın belə olmadığı yerə Ziya dayı ağac əkməyə başlayır. Və 14 ilin sonunda adada 3500 ağac əkilmiş olur. Ziya dayını bu işə sövq edən həm də onun rəhmətə gedən həyat yoldaşının ağaclara olan sevgisi idi. Sevgi bir insanı toplumdan alıb tək başına insanlıq və sevgi adına işlər görməyə sövq edir. Ziya dayının bu hərəkəti hər kəsi düşündürməyə məcbur edir. Dünyanı qurtarmaq üçün göylərdən nələrinsə enməyini gözləməmək lazımdır. Dünya bizim evimizdir. Evimizi aşınmağa qoymamalıyıq. Hər kəsin üzərində olan əsas vəzifə dünyanı qorumaqdır. Səndə dünyanı qorumaq adına bir ağac ək.