TƏHSİL NAZİRLİYİNİN 146-3 "QAYNAR XƏTT" XİDMƏTİ FƏALİYYƏTƏ BAŞLAYIB

Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 "qaynar xətt" xidməti fəaliyyətə başlayıb.

(COVİD-19) epidemiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda Təhsil Nazirliyi tərəfindən yeni yaradılan 146-3 "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.Müraciət edən hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.Xatırladaq ki,146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.