TƏHSİL NAZİRİ ÖNƏMLİ AÇIQLAMALAR EDİB

Təhsil Naziri bildirib ki, koronavirusun geniş yayılmasının qarşısını almaq üçün martın 2-dən Azərbaycanın bütün ərazisində təhsil prosesi dayandırılıb:

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nazirlər Kabinetinin aprelin 27-dən etibarən yumşaldılma tədbirlərinin həyata keçirilməsi çərçivəsində repititorların fəaliyyətinə icazə verilməsinə diqqət çəkərək, valideyn və müəllimlərə müraciət edib:Ceyhun Bayramov qeyd edib ki, hərbi xidmətlə bağlı tələbələrə imkan yaradılması məsələsi hökumət qarşısında qaldırılacaq. Təhsil naziri bu il “Son zəng” tədbirinin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib. Bildirib ki, hər kəsin həyatında “Son zəng” xüsusi yer tutur: “Amma prioritetləri düzgün müəyyən etməliyik. 11-ci sinif şagirdləri kifayət qədər yetkin insanlardır. Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”. Yay tətilinin ləğv olunma ehtimalına da münasibət bildirən Ceyhun Bayramov deyib ki, bütün mövcud real vəziyyət, insanların təhlükəsizliyi, şagirdlərin marağı, bütün prioritetlər nəzərə alınaraq dərslərin başlanması müddəti ilə bağlı qərar veriləcək. Həmçinin onu da diqqətə çatdırıb ki, "Son iki ayın dərs proqramlarının qəbul imtahanlarına salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər"