TƏBRİZDƏ MÜƏLLİMLƏR, TEHRANDA İSƏ ÇÖRƏKÇİLƏR ETİRAZA QALXIB
Baxış sayı: 405
Təbrizdə müəllimlər aksiya keçiriblər. Bu barədə bilgini “Azad İran” “Telegram” kanalı yayıb. Bildirilib ki, kollektiv 25 il aldadıldıqlarını, onlardan pul alındığını və ev tikintisi üçün yerlərin verilməməsi barədə yalan vədlərə görə aksiya keçiriblər. Onlar qeyd ediblər ki, 25 ildir sərgərdan qalmışıq və hökumət bizim problemlərimizlə maraqlanmır. Tehranda isə çörəkbişirmə ilə məşğul olan şəxslər pis həyat şəraitinə etiraz əlaməti olaraq, aksiya keçiriblər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Tehran çörəkçilər gildiyasının ofisinə çoxlu sayda çörəkçinin toplanması əks olunub.Qeyd edək ki, İranda son aylarda görünməmiş infilyasiya, yüksək qiymətlər və hökumətin vətəndaşların əsas ehtiyaclarını ödüyə bilməməsi, ölkənin müxtəlif bölgələrində çoxsaylı etirazlara səbəb olub.