Son zamanlar yayılan viruslar, iş stresindən biraz uzaqlaşmaq və çöldə özünüzlə baş-başa qalmaq üçün doğada yürüş etmənin tam vaxtıdır. Bəs yürüyüş edərkən nələrə diqqət etməliyik?
Növündən asılı olmayaraq təbiətlə bağlı olan istənilən yürüş və ya kamping üçün ən vacib amillərdən biri də geyimdir.Təbiətdə olarkən ilk növbədə öz təhlükəsizliyinizi və rahatlığınızı fikirləşməli və buna uyğun geyinməlisiz. Geyim seçərkən gedəcəyiniz marşrutu, ərazinin relyefini,həmin gün və o gündən sonra minimum 3 gün ərzində olacaq hava şəraitini, gedəcəyiniz bölgədə olan zərərli həşəratları və sürünənləri, kəskin temperatur dəyişikliklərini və bunun kimi bir çox amilləri nəzərə almalısınız. İlin fəslindən asılı olmayaraq hər zaman yanınızda əlavə geyimin olması sizin üçün üstünlük olar. Ayaqqabı olaraq uzun boğazlı çəkmələr vəya sırf yürüşlər üçün olan idman ayaqqabıları daha məsləhətlidir, hərbi çəkmələr də geyinə bilərsiz. Hərşeydən öncə telefonunuzu enerji ilə öncədən doldurun,mümkünsə özünüzlə powerbank götürün və təbiətə çıxarkən getdiyiniz yer haqqında yaxınlarınıza "qeyd" buraxmağı unutmayın. Yürüş zamanı Doğa sevərlərin başına gələ biləcək hadisələrdən biri də azmaq və yönü itirməkdir.Gedəcəyiniz yerlərə görə hazır etməlisiniz. Çantanıza yürüş edəcəyiniz məkana uyğun olan əşyalar alın. Çantanızın çəkisini düzgün yerləşdirməsəz əzələ və bel ağrısı,müvazinət pozuntusu,enerji itkisi kimi problemlərlə üzləşə biləriz. Ona görə də çantanızı yığarkən ən əsas lazım olacaq əşyaları özünüzlə götürün. Artıq hazırsınız və planladığınız şəkildə doğa gəzinitisinə gedirsiniz. Doğayı gəzərək kəşf etmək bütün bədənin sağlamlığına böyük faydası var. Siz Sevərək və Mütəmadı olaraq yürüyüş etsəniz daha sağlam , daha şən, daha enerjili və gümrah olduğunuzu görəcəksiniz. Çünkü yürüyüş edərkən siz doğayla baş-başa qalaraq gündəlik stresdən, yorğunluqdan uzaq qalacaq və təmiz havanı ciyərlərinizə çəkərək ruhunuzu bəsləyəcəksiniz!