TƏBİİ DAŞLARIN HANSI FAYDALARI VAR?

Bir çox hallarda bəzək əşyası və maddi qiymətinə görə dəyərləndirdiyimiz təbii daşların əslində hər birinin öz mənasının və insan bədəninə xeyirlərinin olduğunu bilirsinizmi?

Daşların magik və müalicəvi təsir xüsusiyyətləri qədim əsrlərdən mövcuddur. Demək olar ki, bütün daş minerallarının müalicəvi xüsusiyyəti və öz mənaları var. Biz də bu görüntümüzdə sizə o daşlardan bəzilərinin insane təsirlərini araşdırdıq. Başlayaq. Ametist daşı- Lavanda və bənövşəyi rənglərdə olan ametist daşı evdəki neqativ enerjini təmizləyir. Ailə üzvləri üzərində pozitiv təsiri var. Narahatlıq və yorğunluğu özünə çəkir. Firuzə daşı Sədaqət, dostluq və sevgini təmsil edən bu daş, ürək xəstəlikləri, yüksək təzyiq kimi xəstəliklərdə xeyirlidi. Mərcan daşı Eşqin simvolu olan mərcan daşı ilə düşüncələrinizə pozitivlik qata bilərsiniz. Diqqətin cəmlənməsini gücləndirir və nəzəri götürür. Bəzi dəri xəstəliklərində effektivdir. Əqiq daşı -Üzərinizdəki mənfi enerjini atır və evin enerjisini yüksəldir. İnsanı cəsarətləndirir. Uğurun simvolu olan əqiq daşı tənbəlliyi aradan qaldırır və canlanmaq effekti verir. Kvars daşı-Çəhrayı və bənövşəyi olmaqla iki rəngdə rast gəlinir. Beynə siqnal ötürür, neqativ enerjini pozitiv enerjiyə çevirir.İnsanlarda qısqanclıq, qorxu və əsəbdən qoruyur.Rənglərinə görə fərqli xüsusiyyətlərə sahibdir. Çəhrayısı sülh, gözəllik və eşqi təmsil edir. Bənövşəyi-göy isə ürək və boğaz ağrılarına müsbət təsir edir. Nefrit daşı Uğur və bərəkət rəmiz olan bu daş qədim zamanlardan bəri aksessuar kimi istifadə edilir. Cəsarət, eşq və sülh məfumlarını özündə birləşdirir. Ürək, böyrək, sinir sistemi və immun sisteminə müsbət təsir edir. Kəhrəba Qətranın daşlaşması ilə əmələ gələn kəhrəba yüngül və yumşaq quruluşa malikdir. İstilənəndə elektrik və maqnetik hala gəlir. Şəfa niyyəti ilə istifadə olunan kəhrəba soyuqdəymə, zob və badamcıq vəzləri kimi narahatlıqlarda müsbət təsirə malikdir. Zümrüd səmimiyyət və sədaqət simgəsi olan bu daşi istifadə edən adamlarda iradə, qarşılaşdığı çətinlikləri rahatliqla dəf etmə gücü yaradir.Zümrüd cəsarət və özgüvən yaradır.Zümrüd daşi,sinir sistemi, ciyərlər və və immun sistemini gücləndirir.