TƏBİİ BULAQ SUYU - DÜBRAR
Baxış sayı: 894
1996 – ci ildən Azərbaycanın içməli su sektoruna yeni bir marka daxil oldu, Dübrar. O vaxt Xızı rayonunun ərazisində yerləşən, Böyük Qafqaz sıra dağlarının sənub- şərq hissəsindən keçən, hündürlüyü 2500 metr olan, Dübrar dağının ətəyindən gələn təbii bulaq suyunun özəllikləri barədə çox az adam məlumatlı idi. Amma dübrar bulağının sorağı, elə o zamanlardan Azərbaycandan çox-çox uzaqlara gedib çıxmışdı.