“Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb”. Bu sözləri Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədovun sözlərinə görə, ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək. Mayın 11-nə doğru metronun açılması məsələsi də tendensiyanın pozitiv və ya neqativ olmasından asılıdır".TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, koronavirusa yoluxma daha çox "narıncı" bölgələrdə olub: Yaqut Qarayevanın sözlərinə görə, son vaxtlar pozitiv dinamika itirildiyindən yeni yoluxmaların sayı artıb. Buna görə də karantin qaydalarına ciddi əməl edilməlidir.TƏBİB-in şöbə müdiri əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejiminin sərtləşdirilə biləcəyini də qeyd edib.