TÜRKSOY ZƏLZƏLƏDƏN ZƏRƏRÇƏKƏNLƏRƏ DƏSTƏK VERDİ
Baxış sayı: 360
Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar çoxsaylı ölkələr və beynəlxalq təşkilatlar tərəfindən təbii fəlakətin aradan qaldırılması üçün dəstək göstərilir. Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) da maddi və mənəvi olaraq bu faciəli günlərdə qardaş Türkiyənin yanındadır. TÜRKSOY-un baş katibi Sultan Raevin göstərişi ilə təşkilatın əməkdaşları zəlzələ bölgələrinə gedərək zərərçəkənlərə dəstək veriblər. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniyə, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada da hiss edilib.