TÜRKİYƏDƏ “IV ETNOSPOR KÜLTÜR FESTİVALI” KEÇİRİLƏCƏK

Oktyabrın 3-dən 6-na kimi Türkiyədə IV Etnospor Kültür Festivalı keçiriləcək. Dünya Etnoidma t Konfederasyası tərəfindən  təşkil olunan Etnosport Kültür da ərqli idman növləri

ilə  bir çox idmançılar iştirak edəcək. Daha çox uşaqların iştirak edəcəyi festivalda çox sayda gələnəksəl oyunlarla yanaşı həm də oba çadırları da qurularaq tarixi bir keçmişin yaşadılması planlaşdırılır. Bir çox önəmli insanın qatılacağı festival eyni zamanda Gənclər və İdman  Nazirliyi tərəfindən yaxından izlənilir. Festival çərçivəsində gələnəksəl idmanların tanıdılması və təbliği  istiqamətində  işlər davam edir. Etnospor Kültür festivalında yer verilən idman növləri arasında Yağlı Güləş, Şalvar Güləşı, Quşaq Güləşi, Atlı Cirit, Atlı Oxçuluq, Piyada oxçuluğu, Kök börü, Aşıq Oyunu, Kötük güləşi, Mangala, və s var. Festivalın İstanbul şəhərində keçiriləcəyi planlaşdırılıb. Gələnəksəl oyunlarla yanaşı həm də müxtəlif  konsert və başqa mədəni əyləncələr olacaq.