TÜRKİYƏDƏ 7,6 BAL GÜCÜNDƏ YENİ ZƏLZƏLƏ BAŞ VERDİ

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda yerli vaxtla saat 13:24-də 7,6 bal gücündə yeni zəlzələ baş verib. Qafqaz TV TRT telekanalına istinadla xəbər verir ki, qeydə alınan yeraltı təkanın afterşok deyil, yeni zəlzələ olduğu bildirilir. Onu da qeyd edək ki, Azərbaycanın Naxçıvan MR- ı ilə həmsərhədd olan İğdır da da zəlzələ baş verib. Daha ətraflı bilgini Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Fedrasiyası Başqan müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsaldan eşidək. Son məlumata görə, 10 vilayəti əhatə edən birinci zəlzələdə ölənlərin sayı 912 nəfərə, yaralananların sayı isə 5385 nəfərə çatıb. Dağıntılar altından indiyədək 2470 nəfər sağ çıxarılıb, 2818 bina dağılıb.