TÜRKİYƏ VƏ QAZAXISTAN ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ SAZİŞİ İMZALANIB
Baxış sayı: 497
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib, sonra iki qardaş ölkəni təmsil edən heyətlər görüşüblər. Bu görüşlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər. Türkiyə ilə Qazaxıstan arasında münasibətləri strateji ortaqlıq səviyyəsinə yüksəldən siyasi bəyanat imzalanıb.Türkiyə və Qazaxıstanın dil, din və mədəniyyət ortaqlığını yüksək dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, birgə atacağımız addımlar sayəsində iki ölkə arasında illik ticarət dövriyyəsini 10 milyard dollara yüksəldəcəyik. Qazaxıstan və Türkiyənin Avrasiyada sülhün bərqərar olmasına xüsusi önəm verdiyinə diqqəti çəkən Prezident Kasım-Jomart Tokayev bildirib ki, hər iki ölkə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizinin potensialından daha səmərəli istifadə etməyə üstünlük verir.