TÜRKİYƏ TURİZMİ BÖHRANDAN NECƏ ÇIXACAQ ?

Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 vilayətdə ciddi dağıntılara, böyük insan itkisinə səbəb olan zəlzələ ölkənin turizm sektoruna necə təsir edəcək? Ekspertlərin fikirincə zəlzələ bölgəsi Türkiyənin əsas turistik rayonlarından uzaq olsa da, bu ölkəyə turist axınına təsirsiz ötüşməyəcək. Hətta yay aylarında turist axınını təmin etmək üçün endirimlərin olacağı fikrini səsləndirən ekspertlər də var. Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Fevralın 20-ində isə Hatay vilayətinin Defne rayonunda 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ olub.