TÜRKİYƏ PREZİDENTİ MEMATT-IN AZƏRBAYCANDA İSTİFADƏSİNDƏN DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mexaniki Mina Təmizləmə Təchizatının Azərbaycanda istifadəsindən danışıb.“Anadolu Agentliyi”nin məlumatına görə, dövlət başçısı bu barədə ölkənin müdafiə sənayesinin yeni məhsulları ilə tanış olarkən söz açıb.Belə ki, sərgidə uzaqdan idarəediləbilən minatəmizləmə vasitəsinin işi əyani göstərilməyib. Vəziyyəti belə görən prezident Mexaniki Mina Təmizləmə Təchizatının necə işlədiyinə Azərbaycanda şahid olduğunu bildirib.