TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARANMASININ 98-Cİ İLDÖNÜMÜ

2021-ci il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü tamam olur. 1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu. Türk xalqı bu ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin zirvəsi oldu və 1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikası yaradıldı.