TÜRKİYƏ CÜMHURİYYƏTİ NECƏ QURULDU?
Baxış sayı: 524
“Efendiler, Yarın cümhuriyyəti elan edecez!” - bu sözlər Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkündü. Dedi və artıq 29 oktyabr 1923-cü ildə Türkiyə cümhuriyyət elan edildi. Həm də elə bir dönəmdə ki, Qurtuluş savaşından sonra ölkədə olduqca mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyət idi. Belə bir dönəmdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən önəmli hadisələrindən idi. Bəs Belə bir çətin dönəmdə cümhuriyyətin qurulması gərəkliyinin səbəbləri nə idi? Tarix Elmləri doktoru Telman Nüsrətoğlu bunun əsas səsbəbinin ölkəni işğaldan xilas etmək olduğunu vurğulayır.