TÜRKİYƏ 20 ŞƏHİDİNİ SON MƏNZİLƏ YOLA SALDI

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib.Vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhidlərin yaxınları və digər dövlət rəsmiləri iştirak edib. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus "A400M" hərbi yük təyyarəsi ötən gün əsgərlərin nəşləri Tbilisidən Türkiyəyə gətirib. Mərasimdə ilk olaraq bir dəqiqəlik sükut və Quran tilavəti olundu. Daha sonra Diyanət İşləri Başçısının Köməkçisi Hafiz Osman Şahin şəhidlər üçün dua etdi. Mürted Hava Bazasında keçirilən hərbi mərasimin ardından 3 şəhidin nəşi Əhməd Həmdi Akseki məscidində qılınacaq cənazə namazından sonra Ankarada, 17 şəhidin cənazəsi isə məmləkətlərində torpağa tapşırılması üçün cənazələri təyyarələrlə doğulduqları məmləkətlərə göndərildi. Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.