TÜRKDİLLİ ÖLKƏLƏRİN KİV-LƏRİ ARASINDA ƏMƏKDAŞLIQ VƏ HƏMRƏYLİK VACİBDİR
Baxış sayı: 573
Oktyabrın 24-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu yekunlaşıb. Üç gün davam edən tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İkinci Qarabağ müharibəsi zamanı sosial media vasitəsilə aparılan böyük mübarizə haqqında danışıb. Mediaforuma videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartından da əziyyət çəkdiyini bildirib. Rəcəb Tayyib Ərdoğan müraciətində türkdilli ölkələri müstəqil informasiya sistemi və KİV yaratmağa çağırıb.