TÜRK ŞİRKƏTLƏRİ RUSİYA BAZARINDA

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyat səbəbindən hücum edən ölkədən çıxan brendləri bundan sonra Türkiyə şirkətləri əvəz edəcək. Belə ki, Rusiya və Türkiyə ölkədən çıxan brendlərin Türk markaları ilə əvəzlənməsi ilə bağlı danışıqların yeni mərhələsinə qədəm qoyur. Bu barədə Rusiya Ticarət Mərkəzləri Şurasının Prezidenti Dmitriy Moskalenko bildirib. Onun sözlərinə görə cari ilin payızında Rusiyanın pərakəndə satış sahəsində 3 milyon M2 ərazi boşalacaq. Hələ Rusiyada olmayan Türk markaları üçün biz Moskvadan başlayaraq ən yaxşı ticarət mərkəzləri ilə tanış olmaq imkanı veririk. Türk şirkətlərinin uzun müddət Rusiyada qalması və sərfəli investisiya yatırması üçün danışıqlar aparılır, deyə Moskalenko bildirib. Xatırladaq ki, Rusiyanın fevralın 24 – də Ukraynada başlatdığı hərbi əməliyyat nəticəsində qərb Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar qəbul edib. Bunun ardınca isə iki mindən çox xarici şirkət Rusiyadan çıxdığını elan edib.