TÜRK XAQANLIĞININ YENİ DAŞ KİTABƏSİ TAPILIB

Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində türk tarixinə işıq tutacaq yeni bir arxeoloji kəşfə imza atılıb. Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, türk xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib. Onu da qeyd edək ki, kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.