Qədim tarixə malik olna türkləri öyrənmək üçün ortaq dərsliyin hazırlanmasına dair Təhsil Nazirliyində işlər davam edir. Bu dərslik necə olacaq?
Ötən gün Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib.İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın təhsil nazirinin müavinləri və başqaları iştirak ediblər.Təhsil naziri Ceyhun Bayramov çıxış edərək Türk Şurasının gənc təşkilat olmasına baxmayaraq, qısa müddət ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini dərinləşdirdiyini bildirib. Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə olunan əsas məsələlərdən biri də 15-ci əsr ortaq türk tarixi ilə bağlı olan dərslik oldu.İclasda həmçinin təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.