TÜRK TAMĞALARI ORTAQ ƏLİFBADA CANLANIR

Türk dünyası dil birliyi yolunda daha bir önəmli addım atdı. Ortaq Türk Əlifbası ilə bağlı əldə olunan razılığın ardınca Türk Dili Dərnəyi bu əlifbanın qədim Türk tamğaları ilə uyğunluğunu açıqladı və Türk tamğaları ilə qarşılığını ictimaiyyətə təqdim etdi. Tarix elmləri doktoru, tarixçi alim Odər Qutluərin fikrincə qədim tamğalar Türk dillərinin köklü keçmişini əks etdirməklə yanaşı, dillərin keçdiyi fərqli inkişaf yollarını da göz önünə sərir. Yeni səslərin tamğalarla ifadəsi, türk dil ailəsinin zənginliyini və tarixini daha da dərindən anlamaq üçün önəmli bir addımdır.