TÜRK OXÇULUĞUNU HƏR KƏSƏ SEVDİRƏN “KEMANKEŞ” LAYİHƏSİ

2-10 mart tarixlərində Yunus Emre İnstitunun və Okçular Vakfının 2017-ci ildən gerçəkləşdirdiyi “Kemankeş” layihəsi çərçivəsində 8-ci Gələnəksəl Türk Oxçuluğu müəllimi təlimi

proqramı keçirilib. Bu il təşkil edilən 8-ci Gələnəksəl Türk Oxçuluğu müəllimi təlimi proqramına 10 ölkədən 16 idmançı qatılıb. İştirakçı ölkələr  Türkiyə, Azərbaycan, Almaniya, Belçika, Seneqal, Oman, Nigeriya, Misir, Cənubi Afrika Respublikası və İtaliyadır. Bununla da ümumilikdə gələnəksəl Türk Oxçuluğu müəllimi sertifikatı alan idmançıların sayı 185 nəfərə, layihədə iştirak edən ölkələrin sayı isə ümumilikdə 43-ə çatıb. Qeyd edək ki, Yunus Emre İnstitutu və Okçular Vakfı tərəfindən 2017-ci il, oktyabrın 17-dən həyata keçirlən “Kəmankeş” layihəsi 2018-ci ildən bu günə qədər kəsintisiz olaraq gerçəkləşərək dünyanın bir çox ölkəsindən 9 min insanın iştirakı ilə Gələnəksəl Türk Oxçuluğu kursları düzənləyib. 2024-cü ildə bu rəqəmin 10 mini keçəcəyi gözlənilir. Kemankeş Layihəsinin fəaliyyət sahələri arasında təhsil proqramları da var.Bu kurslardan əlavə“Kemankeş” layihəsi özündə, müxtəlif sərgilər, müsabiqələr və konfransları da birləşdirir. Onuda qeyd edək ki, Gələnəksəl Türk Oxçuluğu təlimi proqramını tədris edən Fatma Ayvacı, Hüseyn Çalışkan, Kübra Balaban və Muhammed Yavuz Başbay kimi seçilmiş müəllimlərdir. Belə ki, Fatma Ayvacı qadınlar, Hüseyn Çalışkan isə kişilər arasında oxstma rekordçularıdırlar. Belə ki, Fatma Ayvacı uzaq məsafəyə ox atmada 426.46 metr, Hüseyn Çalışkan isə uzaq məsafəyə ox atmada 571,84 metr ölçü ilə rekorda imza atıblar.