Türk Dünyasının Səsi: “Törənin İzində” Verilişi Manas TV-də

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Audiovizual Şurasının dəstəyi ilə hazırlanan “Törənin İzində” verilişi artıq Manas TV-də yayımlanır. Bu müjdəni Manas TV-nin rəhbəri Bülent Namal verib. “Törənin izində” verilişi haqqında bilgi verən televiziya rəhbəri “Törənin İzində” verilişinin Türk dünyasının ortaq köklərini, qədim törə anlayışını və mədəni kodlarını çağdaş televiziya dili ilə izləyicilərə çatdırılıdığını vurğilayaraq, verilişin aparıcısı Eltən Törəçinin, Türk dövlətlərində – Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstanda– aparılan çəkilişlər zamanı onlarla tarixçi alim və ziyalılarla görüşərək milli kimliyin bu gün necə yaşadıldığını ekran vasitəsilə izləyicilərə göstərdiyini deyib. Manas TV-nin, Qırğızıstan-Türkiyə Manas Universitetinin televiziya kanalı olaraq yalnız Qırgızıstanda deyil, bütün Türk dünyasının da izləmə imkanları olduğunu doktor Bülent Namal, kanalda həm Türkiyə, həm də Qırgızıstanın tanınmış media bilicilərinin olmasını və bunun da onu universitet televiziyasından daha çox, Türk dünyasının ortaq media platformasına çevirdiyini də diqqətə çatdırıb. Onu da xatırladaq ki, Azərbaycanın ARB, ARB 24, KANAL S, Qafqaz TV və El TV kanallarında yayımlanan “Törənin izində” verilişi indi də Qırğızıstanın Manas TV kanalında da yayımlanacaq. Verilişinin Manas Televiziyasının efirində yayımlanması Türk dünyası media əməkdaşlığının gücləndirilməsi və ortaq dəyərlərin daha geniş coğrafiyada tanıdılması baxımından önəmli addım sayıla bilər.