TÜRK DÜNYASININ TANINAN ALİMLƏRİ BİR ARADA
Baxış sayı: 487
Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictimai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan qərargahında bir araya gəlib.
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın “Ədəbiyyat və incəsənət” sessiyasında çıxış edib.
Türk dünyasının 2040 hədəfləri baxımından ədəbiyyat və incəsənət üzrə baxışlarını bölüşən Ə.Qoşalı, Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib.
Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib.