TÜRK DÜNYASININ RAMİZ ƏSGƏR İTKİSİ

Dəyərli Bilgəmiz Ramiz Əsgər ziyalılığı ilə cəmiyyətə, elmi ilə xalqa hələ çox gərək idi. Xəstəhal olsa da daim milli-mənəvi dəyərlər yolunda, xalqın soykökünün dərki istiqamətində

usanmadan çalışır, külüng vururdu.   Şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində dünyaya gəlmişdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi. Beş il Azərbaycan radiosunda redaktor, bir il türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru, yeddi il kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, bir neçə il İstanbulda nəşr olunan "Hürriyyət" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, daha sonra Xarıci Turizm Şurasının idarə rəisi, "XXI əsr" qəzetınin baş redaktoru, bir müddət də Ankarada nəşr olunan "Yeni Forum" jurnalının Bakı təmsilçisi vəzifələrində çalışmışdı. Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri vəzifəsində işləmişdi. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri idi. 2016-cı ildən vəfat edənədək BDU-nun türkologiya kafedrasına başçılıq edirdi. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi…Vətən torpaqlarının azadlığı Ramiz Əsgəri də xoşbəxt etmişdi. Ancaq çox təəssüf... Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim babalarımızın həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın - Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını, doğulduğu Qaraçanta kəndini görə bilmədi. Ramiz müəllim deyirdi ki, arzumdur ki, biz Qərbi Azərbaycanda Aşıq Ələsgərin poeziya günlərini təşkil edək. Yaradıcı bir insan olaraq bu, mənim istəyimdir. Düşünürəm ki, bu istəyim gerçəkləşəcək. Necə ki biz Şuşamızda Vaqifin poeziya günlərini keçiririk, eləcə də əziz Göyçəmizdə də Aşıq Ələsgərin poeziya günlərini keçirəcəyik. Orada yalnız Qərbi Azərbaycandan olan ziyalılarımız deyil, bütün türk dünyasından olan ziyalılar toplaşacaq. Çünki Dədə Ələsgər həm də bütövlükdə türk dünyasının yaradıcı ozanı olub. Onun yaradıcılığına hansı tərəfdən baxsaq, Azərbaycanın bütövlüyünü görə bilərik. Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq “Babur” mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq “Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın əməkdar jurnalisti idi. Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi. Ramiz Əsgərə Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi. Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq “Babur” mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq “Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın əməkdar jurnalisti idi. Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi.Ramiz Əsgərə Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.Zəhmətkeş, eləcə də çox məhsuldar adam idi Ramiz Əsgər. Çalışmaqdan zövq alırdı. Vaxtının xeyli hissəsini yazıb yaratmaqla məşğul olurdu. Yetmiş il idi ki, yol gedirdi, inamla, əzmlə, iradə göstərərək. Çox uğurlara imza atmışdı, amma bütün bu nailiyyətləri hələ də az sayırdı. Yorulmadan, qələmi yerə qoymadan çalışırdı. Deyirdi ki,- “Ömrü boşa vermək olmaz, son nəfəsədək işləmək lazımdır...” Bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış Ramiz Əsgərin yoxluğu son dərəcə üzücüdür. Biz də Qafqaz TV ailəsi adından dəyərli bilgəmizə Uca Tanrıdan rəhmət diləyirik.