TÜRK DÜNYASININ DAHA BİR UĞURU

Kazxıstanın Cambul Bioloji Təhlükəsizlik Araştırmaları İnstitu QazVak vaksini hazırlayıb . Pandemiya başlayandan COVİD-19 əlehinə vaksin üzərində çalışan Qazaxıstanlı alimlər hələ dekabr ayından virus əlehinə vaksinin kliniki sınaqlarını keçiriblər. Aprelin 22-də isə Qazvak vaksininin ilk 50 dozası regionlardakı səhiyyə məntəqələrinə göndərilib. Aprelin 26-dan isə ölkə üzrə peyvəndləmə prosesi başlayacaq. Qazaxıstanın Baş nazirinin müavini Eralı Tuqjanovun sözlərinə görə Qazax alimlərinin kəşf etdiyi peyvəndin istehsalı Atabay adlı Türk şirkəti ilə birgə həyata keçiriləcək.Bizim Türkiyə ilə danışıqlarımız olub. Onlarda vaksin istehsal etməık üçün böyük istehsalat meydanları var. İstehsalla bağlı gəldiyimiz razılıqdan başqa Qazaxıstanda da dünya standartlarına uyğun belə zavodun tikilməsi sahəsində də əməkşlıqla bağlı razılıga gəlinib və artıq onun tikintisi başlanıb.Qazaxıstanlı Mütəxəssislər QazCovidin və ya Qazvak vaksinin digər vaksinlərdən daha təhlükəsiz olduğunu bildirirlər.(Milli vaksin Ümumdünya Səhiyyə Təşkilatının reyestrindən keçib. Tam təhlükəsizliyi sübut edilib, vaksin koronavirus infeksiyasına qarşı güclü immunitet yaradır. Peyvəndin daha bir üstünlüyü vaksinlə əlaqəli xəstəliklərin olmamasıdır. Bundan əlavə, “QazVak” peyvəndinin çatdırılma prosesi zamanı kompleks soyuducu qurğulara ehtiyac yoxdur, müsbət 2-8 dərəcə temperaturda nəql oluna bilir)QazVak da digər ölkələrin istehsalı olan COVİD-19 əlehinə vaksinlər kimi 21 gün ara ilə 2 doz vurulacaq. Qeyd edə ki, Mayda növbəti 50 min doza buraxılacaq. Daha sonra vaksin istehsalı mərhələli şəkildə ayda 500-600 min dozaya çatdırılacağı planşadırılır. Qazax alimlərinin kəşf etdiyi peyvəndin istehsalı Atabay adlı Türk şirkəti ilə birgə həyata keçiriləcək.