TÜRK DÜNYASINDA SEYİD NƏSİMİ ADI

Nəsimi dünya mədəniyyəti tarixində tanınmış istedadlı bir şair olmaqla yanaşı ana dilində şeirlər yazan qüdrətli söz üstadı olub. İlk baxışda bu ifadədə qeyri adi heç nə yoxdu. Amma o çağlar üçün öz ana dilində, öz türkcəsində yazmaq ondan xəbər verirdi ki, sən saray şairi deyilsən. O dövrün saray şairləri yalnız ərəb və fars dillərində yazırdı.