TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI QUBANI SEÇDİ

Quba rayonu Azərbaycanın ən çox inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biridir. Burada yetişdirilən meyvə və tərəvəz məhsulları paytaxt bazarlarına aparılır, yerli konserv sənayesi

müəssisələrində emal edilir, həmçinin başqa ölkələrə ixrac olunur. Quba rayonunda yetişdirilən meyvə və tərəvəz növlərinin çox olmasına baxmayaraq "Quba meyvəsi" dedikdə ilk növbədə  alma yada düşür. Zəngin floraya malik olan Quba rayonu həm də dərman bitkilərinin daha çox növünün olduğu bir rayondur. Bütün bu özəlliklərindən başqa Quba indi də Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı adını daşıyacaq. Bu barədə qərar Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin Bakıda keçirilən II Toplantısı zamanı qərara alınıb.