Türkiyənin ilk astronavtı Alper Gezeravcının Yer kürəsinə qaytarılması təxirə salınıb. “Anadolu” agentliyi xəbər verir ki, Alper Gezeravcının
da yer aldığı Dragon Kosmik gəmisinin Yer kürəsinə qaytarılması Florida sahilindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb. Xatırladaq ki, yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid olan “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-a göndərilib. Bununlada Türkiyənin 2021-ci ildə açıqladığı Milli Kosmos Proqramının ilk insanlı kosmos missiyası hədəfinə çatmış oldu. Xatırladaq ki, Alper Gezeravçı ilk Türkiyəli kosmonavt olsa da ilk Türk kosmonavt deyil. Alper Gezeravçıdan başqa biri çuvaş, 3-ü Qazaxıstan Türkü olmaqla 4 türk soyundan olan kosmonavt bundan əvvəl kosmosa uçmuşdu.