TURİZM VƏ OTELÇİLİK SEKTORU İLƏ BAĞLI YENİ TƏLİMATLAR

Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində virusun yayılmasının qarşısını alsınlar.

Tənəffüs simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmaq və əsas gigiyena qaydaları haqqında tövsiyələr verməlidir. Qeydiyyat işçiləri təyin olduqda yaşa və xroniki xəstəliklərin olmamasına fikir verilməlidir. Qeydiyyat işçilərinin sosial məsafəni qorumaları zəruridir. Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatlar olmalıdır. Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir. Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir. İstifadədə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır. Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayət olunması üçün vacibdir. Yuyucu və dezinfeksiya edici kimyəvi maddələr qaydalara uyğun istifadə edilməlidir. Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsi yoxlanmalıdır. İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya ciddi şəkildə riayət etməlidirlər. Həmin zonalara daxil və xaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsi ilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün, həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir. Qabların və süfrələrin yuyulması zamanı adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlar və ya işçilərin əlləri ilə təmasda ola bildikləri səbəbindən istifadə edilməmiş əşyalar da daxil olmaqla, qabyuyan maşında yuyulmalı və dezinfeksiya edilməlidir. Oturacaqların yerləşdirilməsinə gəlincə, 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqlarınara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır. Təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyat əməkdaşlarına məlumat verməlidir. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır.