TURİZM SEKTORUMUZ YENİ İLƏ NECƏ HAZIRLAŞIR?
Baxış sayı: 460
Hər il olduğu kimi, bu il də Azərbaycanın turizm sektoru bayrama xüsusi hazırlaşır. Artıq həm paytaxtda, həm də regionlarda dekabr ayının son, yanvar ayının isə ilk günlərinə hotellərin bron edilməsinə başlanılıb. Potensial müştərilərə hotel nömrələri ilə yanaşı, həm də turpaketlər təklif olunur. Təbii ki, bayram günlərində xidmət nisbətən baha olur. Bu da dünyanın hər yerində belədir. Üstəlik, Azərbaycanın bölgələrində hotellər azdır. Buna görə də rəqabət zəifdir və qiymətlər aşağı olmur. Yeni il qabağı əlbətdə ki, turizm şirkətlərində də bir canlanma müşahidə olunur. Bayram günləri qiymət artımı turizm və qonaqpərvərlik sənayesinə xas olan xüsusiyyətlərdən biridir. Buna təəccüblənmək də olmaz. Yalnız ekspertlər tövsiyə edirlər ki, hər kəs öz istirahət günlərini və səyahətini öncədən planlasın. Bu halda turist daha geniş seçimlər və alternativ qiymətlərlə tanış ola, daha sərfəli turlar əldə edə bilər. Bu il qış turizm fəaliyyətləri, ekoturizm, o cümlədən kənd turizmi, aqroturizm kimi təkliflər də çoxalıb. Yalnız bu sahədə keyfiyyətli turizm məhsulları təklifləri hələ ki azdır.