Qubada Dövlət başçımızın tapşırığına əsasən kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.bəs bu dəfə Turizm potensiallı Qubanın Kürkün kəndinin sakinləri ,nəyin sevinci yaşadı?
Kürkün kəndində bu yaşayış məntəqəsinin sakinləri ilə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin görüşündə dövlət başçımızın tapşırığına əsasən son dövrlər kənd əhalisinin yaşam vəziyyətinin yüksəldilməsi,sosial rifahlarının daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqla söhbət açılıb.Qeyd olunub ki, son dövrlər Quba rayonunda, o cümlədən Kürkün kəndində də bu istiqamətdə mühüm işlər görülüb. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun kənd və qəsəbələrində həyata keçirilmiş sosial-iqtisadi, yol-infrastruktur, tikinti-quruculuq içləri barədə kürkünlülərə ətraflı məlumat verib.İcra başçısı xüsusi vurğulayıb ki, görülən işlər çərçivəsində Kürkündə uzun illər yararsız vəziyyətdə olan və uzunluğu 2,8 km olan kənd yolu əsaslı təmir olunaraq asvaltlanıb.Kəndin içməli su, elektrik enerjisi, təbii qazla təchizatı həllini tapıb.Modul tipli yeni məktəb binası tikilib pedoqoji kollektivin istifadəsinə verilib.Gürülən bütün bu işlər Kürkündə yaşam vəziyyətinə müsbət təsir etdiyi kimi, füsunkar təbiətli bu yaşayış məskəninin turizm potensialının yüksəlməsinə, turizmdən istifadə perspektivlərinin artımına da şərait yaradıb.