TURİSTLƏRİN ƏN ÇOX SƏFƏR ETDİYİ BÖLGƏLƏR
Baxış sayı: 493
Daxili səfərlərin ən çox təşkil edildiyi şəhərlərin adları açıqlanıb. Bu barədə Dövlət Turizm Agentliyindən bilgi verilib. Bildirilib ki, ən çox ziyarət edilmiş ilk üç destinasiya Bakı, Naxçıvan Muxtar Respublikası və Quba olub.
Bu destinasiyalardan sonra Qusar, Qəbələ, Xaçmaz, Gəncə, Şəki, Sumqayıt və Abşeron isə növbəti ən çox ziyarət edilmiş şəhərlər siyahısındadır. Bakı bütün daxili səyahətlərin 31%-ni, Naxçıvan, Quba, Qusar və Xaçmaz isə 18%-ni təşkil edir. Gəncə, Şəki, Sumqayıt və Abşeron ölkədaxili edilən səfərlərin 15%-dən azını təşkil edir. Yerli turistlərin səfərlərinin əksəriyyəti orta hesabla bir-üç gün və dörd-yeddi gün təşkil edib. Birgünlük səfərlərin əksəriyyəti Bakı və Abşerona həyata keçirilib . 8-14 günlük səfərlərdə üstünlük verilən şəhərlər Şəmkir, Bərdə və Şəkidir. Səyahət müddətinin 15 gün və daha uzun müddət təşkil etdiyi rayonlar arasında isə Bərdə və Xaçmaz qeyd edilməlidir.