TURİSTLƏRİ CƏLB EDƏN KAPADOKİYANIN HAVA ŞARLARI
Baxış sayı: 545
Kapadokiyada yerli və xarici turistlərin diqqətini çəkən hava şarı turlarına maraq artır. Cari ilin ilk beş ayında Kapadokyadakı tarixi məkanları 1 milyon 30 mindən çox turist ziyarət edib. Bu istiqamət üzrə turistlərin marağını cəlb edən maraqlı əyləncələrdən biri də hava şarları ilə səyahətdir. Mülki Aviasiya Baş İdarəsinin verdiyi məlumata görə, Nevşehirdə rəsmi lisenziyası olan 28 hava şarı operatoru var. Xarici turistlər hazırda hava şarı turlarına bir adama görə 150-185 Avro arası ödəniş etməli olurlar. 2022-ci il avqustun 15-dən sonra bu qiymətin 210 Avroya qədər artacağı gözlənilir.