TULLANTILARA İKİNCİ HƏYAT VERMƏYİN FAYDASI

Bəzən lazımsız və köhnə əşyaları və yaxudda tullantı hesab etdiyimiz bəzi məhsulları yaxınlıqdakı zibil qutularına atmazdan əvvəl bu əşyanın hansı işə yaraya biləcəyini düşünmək, həm ekologiyanın qorunmasına, həm də büdcəyə qənaət edilməsinə səbəb olur.

İnsanların gündəlik yaşamlarında məişət tullantıların formalaşması qaçılmazdır. Zibil qutularına atılan bu məişət tullantıları çox zaman utilizasiya gedir.Bəzən isə hansısa səbəblərdən bu tullantıla zibil formasında təbiətə atılır və ekologiyaya böyük zərərlər vurur. Alimlər ekoloji çirklənmənin fəsadları haqqında drumadan həyacan siqnalları verilməsinə baxmayaraq və baxmayaraq ki, bu planet hamımızındır, onun qorunması və çirklənməməsi üçün hər kəs sfərbər olmur. Bunun üçün neyləmək lazımdır? Zibil yalnız zibil qutularında olar düşünənlər əslində haqlıdırlar. Amma bəzən hər şeyi zibil qutusuna atmaqdansa ona ikinci həyatı verib təkrara istifadəyə yararlı edərək həm ekologiyanı qorumaq olar, həm də büdcəyə qənaət etmək olar. Əlbətdə ki, söhbət yemək tulantılarından getmir. Mütəxəssilərin fikrincə Atılan hər hansı lazımsız əşyadan təkrar nə hazırlamağı düşünmək və uşaqlar və yeniyetmələrlə etmək tək büdcənizə gəlir gətirməz, eyni zamanda uşaqların fantaziyalarının və yaradıcılıq qabiliyyətlərinin inkişafına təkan verər. Uşaqların lazımsız əşyalardan onlara gərəkli əşyaları hazırlamağı öyrənmələri onlara elə erkən yaşlarından ekologiyanın qayğısına qalmağı da öyrədir. Məsələn atılacaq olan qutulardan, köhnə disklərdən, plastik və dəmir su qablarından, taxta parçalarından və s. bu kimi tulantılardan yararlanaraq sözün həqiqi mənasında bir sənət əsəri yaratmaq olar. Uşaqların bu işlərə cəlb olunması zamanı işin faydaları haqqında onlara bilgilər vermək, ekologiyanın qorunmasının nə üçün vacib olmağı haqqında bilgiləndirmə işləri görülməlidir. Amma bir məsələni unutmaq olmaz ki, uşaqların atılmalı materiallardan istifadəsi zamanı bu əşyalar təhlükəsiz olmalıdır. Bu əşyalara köhnə qəzet, müxtəlif ölçülü qutular, pambıq, müxtəlif plastik qablar aiddir.