TRAMPIN SEÇİLMƏSİ ERMƏNİLƏRİN SONU DEMƏKDİR?

2020-ci ildə Azərbaycana müharibəyə başlamağa imkan verənlərdən biri olan Donald Trampın yenidən prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir. Bu sözləri erməni

politoloq Stepan Danielyan deyib. O bildirib ki, Əliyevlə Ərdoğanın Trampa dəstək ifadə etməsi təsadüfi deyil. Eyni zamanda Danielyan onu da əlavə edib ki, İran və Azərbaycan arasında moderator funksiyasını üzərinə götürən Rusiyanın Cənubi Qafqazda rolu artır:“Bu region yenidən Moskvanın təsir zonasına çevrilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin Rusiya ilə yeni münasibətlər qurmağa, İranla münasibətləri dərinləşdirməyə çalışması vacibdir. Bu, Ermənistan üçün çox vacibdir”.