TRAMP :”İRANIN NÜVƏ SİLAHI OLA BİLMƏZ”
Baxış sayı: 52
Deməzdim ki, bu variantı yəni İranın nüvə obyektlərinə zərbə endirilməsi variantını rədd etdim. Bunu etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və ölümlər olmadan xoşbəxt yaşamaq şansı var. Mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, İran üçün çox pis olacaq. Məncə, İran danışıqlar aparmaq istəyir. Bunu etsələr, onlar üçün çox yaxşı olar.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirilməsi planından imtina etməsi ilə bağlı Ağ Evdə jurnalistlərin sualına cavab verərkən deyib.
“Mən İran xalqını tanıyıram, gözəl xalqdır. Onlar həmişə çox ağıllı, çox enerjili, çox uğurlu olublar və mən heç kimə zərər verəcək bir şey etmək istəmirəm. Mən həqiqətən istəmirəm. Amma İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir. Biz onların sənayesini əlindən almaq istəmirik. Biz onların torpaqlarını almaq istəmirik. Sadəcə deyirik ki, siz nüvə silahına sahib ola bilməzsiniz”, - deyə Tramp əlavə edib. Xatırladaq ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani dövlət televiziyasına müsahbəsində "Biz nüvə silahı istehsal etmirik, lakin ABŞ İrana hücum edərsə, ictimaiyyətin təzyiqi altında biz bu istehsala gedəcəyik" demişdi. Qeyd edək ki, “Nyu York Tayms” İsrailin 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləmədiyi üçün plandan imtina etdiyi haqda bilgi yayıb.