TRAMP VƏ PUTİNİN GÖRÜŞÜ NECƏ BİTDİ?
Baxış sayı: 31
Cümə günü rusiyalı həmkarı Putinlə Alyaskada görüşən ABŞ Prezidenti Donald Trump deyib ki, danışıqlarda "böyük irəliləyiş"ə baxmayaraq, heç bir razılaşma əldə olunmayıb. Trump-ın Putinlə görüşməkdə məqsədi Ukraynadakı müharibəyə son verməkdi. Alyaskada Putinlə, demək olar ki, üç saatlıq görüşdən sonra mətbuata açıqlamasında Trump "Biz ora çata bilmədik" deyib. O bildirib ki, hələ də fikir ayrılıqları var və "razılaşma olana qədər heç bir razılaşma yoxdur".Trump "bir çox məqamların razılaşdırıldığını", "azının qaldığını" deyib, amma detallar açıqlamayıb.
O, tezliklə Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyini deyib və əlavə edib ki, bu, "son nəticədə onlardan asılıdır". Putin münaqişəyə son qoymaqda "səmimi" olduğunu deyib, lakin təfərrüata varmayıb.
O deyib ki, Trump Rusiyanın "öz maraqları olduğuni anlayır".
Prezidentlər jurnalistlərin suallarını cavablandırmayıblar.
Prezident Vladimir Putinlə Alyaskada görüş çox yaxşı keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə ehtiyac görmürəm.
ABŞ Prezidenti Tramp avqustun 16-da sammitdən sonra “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən deyib: “Bu gün baş verənlərə görə, indi bu barədə düşünməyə ehtiyac görmürəm. Bilirsiniz, məncə, görüş çox yaxşı keçdi", - deyə Ağ Evin rəhbəri əlavə edib.
Qeyd edək ki, Alyaskaya uçarkən jurnalistlərin suallarını cavablandıran Trump prioritetinin müharibəni bitirmək olduğunu və bundan əvvəl iş müzakirəsi aparmayacaqlarını demişdi. O bildirmişdi ki, razılıq əldə olunmasa, Putini ağır iqtisadi sanksiyalar gözləyəcək.