"TOYXANA" RƏQQASLARINDAN BALALARIMIZI NECƏ QORUYAQ?

Sevgi, qorxu, özgüvən, inam, güvən, nifrət və s bu kimi insan hisləri. Araşdırmalar göstərir ki, düşüncənin sürəti, danışıq nitqini geridə qoyur. Beləki, normal nitqin sürəti orta hesabla dəqiqədə 100–120 sözdürsə, bu müddətdə insan təxminən 1000 söz düşünür. Göründüyü kimi, nitqlə düşüncə arasında fərq böyükdür. Amma bu fərqin aradan qaldırılmasına bədən dili yardım edir. Beləki, sözlərə çevrilə bilməyən düşüncələr "bədən dili"nin yardımı ilə özünü ifadə edir. Bədən dilinin fərqli formalarda özünü göstərməsinə yaşamımızın hər sahəsində hər an rast gəlinir. İşdə, evdə, məktəbdə, toplumda.. Bir sözlə harda insan varsa orda. Hətta insanlar özü özləri ilə tək qalanda da, düşündükləri kimi, bədən onların dilləri də danışır. Özləri danışmasalar belə. İndi baxaq fərqli dünya görüşü, fərqli yaşam biçimi olan toplumlarda dünyaya göz açan, böyüyüyən, yaşayan insanlara və bu insanlrda daha çox bədən dilinin nələr dediyinə. Doğal olaraq hər aşıq öz ğördüyün çağırar məsəli. Yəni hər insan öz dünyagörüşü çərçivəsində nəyi necə düşünürsə bədən dili də onu deyir. Ta qədim dövrlərdə dil ünsiyyət vasitəsi olmazdan qabaq da insanlar bir birlərinə öz hislərini, düşündüklərini bədən dilinin yardımı ilə anlada biliblər. İndi bədən dilinin ən göstərişli formasının harda olduğuna baxaq. Təbii ki, rəqslərdə. Bir anlıq düşünsək ki, danışığın daha təsirli olması üçün işlədilən sözlərin 10 faiz, səsin 30 faiz önəmi varsa 60 fazi bədən dili böyük rol oynayır. Bunu isə Azərbaycanda insanlar hələ eramızdan 2-3 min əvvəl anlayıblar. Bu Azərbaycanda rəqs sənətinin yarandığı çağlardı. Hansı ki, insanların yaşamında, gələnəklərində böyük yeri var. Bu yurdun insanı istər ova getsin, istər savaşa, istərsə zəfərinə sevinsin bütün bunları özəl rəqslərlə göstərib. Qobustandakı qayaüstü rəsmlər də Azərbaycanda rəqs sənətinin necə qədim olduğunu göstərir. Dövründən asılı olmadan hər dövrdə xanımların və bəylərin rəqsləri də fərqli olub. Necəki, istər baş geyimləri olsun, istər üst geyimləri fərqlidir. Yeri gəlmişkən geyim və makiyaj da bədən dilidir. O ki, qaldı xanımlarla bəylərin rəqslərinin fərqli olmasına, elə düşünülməsin ki, hansısa cinsi bərabərsizlikdən danışılır. Tarixdə Türk xatunlarının, xanımlarının da bəylər qədər söz və davranış azadlığının olması yəqin ki, heç kim üçün yenilik deyil. Amma buna baxmayaraq türk xatunları döyüş meydanında bəyləri ilə birgə qılınc oynatmağı bildikləri kimi, bədən dilləri ilə necə qürurlu, törəli bir Türk xatunu olduğunu da göstərə bilirdilıər. Və bu döyüşkən ruhları onlara bəylər kimi rəqs etdirmirdi. Rəqsləri özləri kimi zərif və incə olmaqla bərabər nə qədər əyilməz, uca və əlçatmaz olduqlarını da göstərirdi. Əsrlər boyu müxtəlif işğallarla üzləşən Azərbaycanda həmin işğalçı xalqların gələnəklərinin qalıqları qalsa da kökü dərinə işləyən qədim Azərbaycan yurdu öz gələnəklərini qoruyub saxlamağı bacarıb. Bəs biz bu gələnəklərə necə yiyələnirik? Sosial şəbəkələr izləyici çox yığmaq xatirinə Azərbaycan rəqsləri adı altında heç bir əxlaq normalrına, sığmayan formadamı? Bir çağlar Azərbaycan gələnəklərini görmək, tanımaq öyrənmək üçün hansısa bir əcnəbi uzaq bir diyardan qalxıb yola çıxmalı, uzaq bir yol gəlməli idisə, indi interneti açıb sadəcə azərbaycan rəsləri yazıb baxa bilir. Və Azərbaycan rəqsi adına (burda yutub göprüntüsü) bunları da görür. Yəqin ki, o çağ həmin əcnəbi düşünür ki, budur həmin o tərifli qədim azərbaycan rəqsi... Hələ ən faciəvi isə odur ki, bu yabançı izləyici bədən dilindən yaxşı anlayan biri olsun. Bunları düşünməyin özü belə ağırdır. Ən ağırı isə hansısa bir yabançının bu rəqsləri görüm mədəniyyətimiz, xalqımız, ölkəmizlə bağlı düşündüklər yox, bu eybəcər rəqslərin azyaşlılar arasında günü gündən daha çox yayılmasıdır. Rəqsin böyüməkdə olan uşaqlar üçün əqli və fiziki inkişafına təsirindən danışmış olsaq öyrədilən doğru rəqsin uşaq orqanizmi üçün nə qədər faydası varsa, belə dırnaq arası “rəqslərin” də bir o qədər zərəri var. Azərbaycan rəqsləri dastanlarımız, bayatılarımız, musiqilərimiz kimi folklorumuzun bir örnəyidir. Adından da görümdüyü kimi xalq rəqsləri. Bəs xalqımızın əslər boyu yaşatdığı bu mirası necə qoruyuruq? Atalardan misal var “Utanmasan oynamağa nə var ki?” Elə oynayaq, rəsqlərimizi elə seçək və elə yaşadaq ki, utanmayaq – nə bu gün, nə də sabah. Axı bunlar, bu dırnaq arası rəqslər internetdə həmişə qalacaq. Bu oynayanlar qocalanda da belə.