TOKATDA ZƏLZƏLƏDƏN SONRA SON DURUM

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bilgi verilib.Verilən bilgiyə görə, yeraltı

təkanların gücü 5,6 bal gücündə olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.

Baş verən güclü zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.Onun sözlərinə görə, Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində üç ev ciddi zərər çəkib. Həmçinin, Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb.

Biz də Qafqaz TV olaraq qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı hal hazırda Tokat vilayətində olan  Türkiyəli həmkarımızdan son durumla bağlı bilgi aldıq.

Qeyd edək ki, hal hazırda hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyirlər. Bölgədə tədrisə birgünlük ara verilib.