Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lasa şəhərində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb.Yerli və xarici 600-dən çox iş adamının qatıldığı sərgi
Tibetin (Çincə: Sican) özünəməxsus mədəni zənginliyini və turizm potensialını tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Açılış mərasimində çıxış edənlər Tibetin tarixi və mədəni zənginliyinin, sosial-iqtisadi nailiyyətlərinin, ekoloji mühitinin nümayişi baxımından sərginin əhəmiyyətini vurğulayıblar.Sərgidə 19 kateqoriya üzrə məhsullar və xidmətlər, habelə Tibetin mədəni irsini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən fotolar, kitablar, audio və videomateriallar nümayiş olunur.