TEMPERATUR NORMADAN YÜKSƏK OLACAQ

Türkiyəyə yeni isti dalğası yaxınlaşır, ölkənin bəzi bölgələrində havanın temperaturu mövsümi normadan 10 dərəcə yuxarı qalxacaq. Bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

 

“Ölkənin şərq və cənub-şərqində müşahidə olunan isti dalğaları digər rayonlarda da öz təsirini göstərəcək. Havanın temperaturu mövsümi normadan 10 dərəcə yüksək olacaq”, - məlumatda qeyd olunub.

Meteoroloqların bildirdiyinə görə, ən yüksək temperatur Diyarbəkirdə qeydə alınacaq 41 dərəcə. Qaziantepdə 40, Ədirnədə isə 38 dərəcə isti  qeydə alınacağı gözlənilir.