TELEVİZİYA TARİXİNDƏ 64 İLDƏ NƏLƏR BAŞ VERDİ?

Müsəlman şərqində ilk dəfə 1918-ci il 28 mayında Azərbaycanda Cumhuriyyət quruldu. İlk dəfə şərqdə pilot olmuş Azərbaycanlı qadın Leyla Məmmədbəyovadır. Və ilk dəfə televiziya 64 il bundan öncə müsəlman şərqində Azərbaycanda yaradıldı.

İlk veriliş günü ekranda çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan gənc aktrisa Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirildi. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. Hal-hazırda Azərbaycanda dövlət kanallarından başqa 20-dən çox özəl kanllar fəaliyyət göstərir. Bunlardan biri də 2017-ci ildə Qafqaz tv adı ilə fəaliyyətə başlayan Azərbaycanın ilk turizm və biznes kanalıdır. Qafqaz tv yaradıcı birliyi olaraq bütün televiziya və radio işçilərinin hər birini təbrik edirik,