TEHRAN İRƏVANLA QARDAŞLIĞINI RƏSMİLƏŞDİRİR
Baxış sayı: 453
İrəvan və Tehran şəhərləri qardaşlaşacaq. Bu barədə bilgini Ermənistan mətbuatı yayıb. Belə ki, “Armenpress”in verdiyi bilgiyə görə İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib. Səfər Tehran meri Əlirza Zəkaninin dəvəti ilə baş tutub. Yanvarın 19-dək olan səfər çərçivəsində İrəvanla Tehran arasında qardaşlaşmış şəhərlər elan edilməsi haqqında saziş imzalanacaq. Habelə İrəvan meri həmkarı Əlirza Zəkani və Tehran Şəhər Şurasının sədri Mustafa Çamrani ilə görüşlər keçirəcək. İrəvan nümayəndə heyətinin üzvləri bir sıra bələdiyyə idarəetmə strukturlarında da olacaqlar.