TEATRA GETMƏYİN SAĞLAMLIQ ÜÇÜN FAYDALI OLDUĞUNU BİLİRSİNİZMİ ?

Teatr, muzey və sərgilərə getmək insanların ömrünü uzadır.Ta qədimlərdən ölkəmizdə də insanların maraq dairəsi olan teatrlar, muzeylərlə bağlı alimlər yeni araşdırmalar aparıblar. Bəs bu araşdırmaların nəticəsində onlar hansı maraqlı faktları ortaya çıxarıb?

İngilis alimlər apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər ki, teatra, muzeyə və sərgilərə getmək insanların ömrünü uzadır. İngiltərənin “University College London” universitetinin müəllimi Dr. Daisy Fancourt mütəmadi olaraq teatra, muzeyə və sərgilərə gedən insanların ölüm riskinin 31%, bu mədəniyyət ocaqlarına ildə bir dəfə gedənlərin isə ölüm riskinin 14% azaldığını bildirib.Bu araşdırma 50 yaşdan yuxarı 7 mindən çox ingilis üzərində aparılıb.Araşdırmalar eyni zamanda sənətlə məşğul olan insanların fiziki və zehni baxımdan daha sağlam olduqlarını bir daha sübuta yetirib.Xanim Fancourt araşdırmaların davam edəcəyini və bəzi xəstəliklərin müalicəsində sənətin rolunu araşdıracaqlarını bildirib.