TEAM BUİLDİNG, YOXSA YALLI?!

Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, birlik göstərərək həmişə haqqın, ədalətin və sülhün tərəfdarı olduğunu özündə ehtiva edən dəyərlərimizdən biri də yallılarımızdır. Yallılar bircə kəlmə söz belə demədən xalqımıza məxsus bütün xüsusiyyətləri – onun kimliyini, tarixini, birlik olub çətinliklərin öhdəsindən mərdliklə gəldiyini və mədəniyyətini nümayiş etdirən ən qədim xalq yaradıcılığı nümunəsidir. Bu günlərdə Avropa xalqlarının dilində məşhur olan bir terminlə rastlaşdım. “Team bildinq” adlanan bu terminin mənası, semantik anlamı haqqında jurnalist araşdırması apardım. Məlum oldu ki, yeni çağımızda Qərb ellərində yeni-yeni dillərə düşən bu terminin mənası “bilrik olmaq”, “kollektivləşmək”, “bir işin, bir çətinliyin öhdəsindən birlikdə, kollektiv formada gəlmək” demək imiş. Sən demə, hələ indi-indi Qərbin birlik olaraq, kolletivləşərək iş öhdəsindən gəlmək vərdişinə yiyələnməyə çalıması hələ əsrlər, eralar əvvəl mənim əcdasdlarımın həyat tərzi imiş!