TARİXİN BU GÜNÜ (16 may)

16 May - Beynəlxalq İşıq Günüdür.YUNESKO 2017-ci ildə Mayın 16-nı Beynəlxalq İşıq Günü elan etdi.Günün keçirilməsində əsas məqsəd - işığın insan həyatında, bəşəriyyətdə əvəzsiz rolunu yada salmaqdır.

Müasir elmdə işığın və işıqla işləyən texnologiyaların rolunu bütün dünyadakı vətəndaşlara çatdırmaqdır. Bundan başqa, tədbirin mühüm vəzifələrindən biri də işıq sahəsində yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə enerji səmərəliliyi məsələsini həll etməkdir. Bu gün tanınmış gülüş ustası, Azərbaycanın xalq artisti Arif Quliyevin doğum günüdür.Aktyor 1950-ci ildə Şirvan şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olan aktyor 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Yol əhvalatı", "Yarımştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir. 16 may 1976-cı ildə fəth edilməsi çətin olan və dünyanın ən böyük zirvəsi olan Everest dağına ilk qadın alpinist Junko Tabei dağa çıxaraq adını tarixə yazıdırır. 1992-ci ildə Tabei 7 qitənin ən yüksək 7 dağına dırmaşan 7 qadın zirvəsi olaraq bilinən ilk qadın alpinist adını alıb. Məşhur alpinist Tabei, ən son 2016-cı ilin iyulunda bir qrup tələbə ilə Yaponiyanın şimal-şərqindəki Fuji dağına qalxdı. Xərçəng səbəbi ilə 4 il müalicə alan Tabei, sağalmaq şansı olmadı və 20 oktyabr 2016-cı ildə 77 yaşında vəfat etdi.