TARİXİN BU GÜNÜ (13 Aprel)

Tanınmış Azərbaycan jurnalisti, “Qızıl qələm” mükafatı laureatı, Osman Mirzəyev 1937-ci ilin bu günü Bakıda dünyaya gəlib. O,"Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir.

Osman Mirzəyev 1990-1991-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibi vəzifəsində çalışıb. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən Osman Mirzəyev 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd səmasında ermənilərin raketlə vurduğu vertolyotunda Azərbaycanın ziyalı qaymaqları ilə birlikdə həlak olub. Azərbaycanın görkəmli riyaziyyat alimi, akademik Maqsud Cavadov 1902-ci il 13 aprel tarixində anadan olub. M.Cavadovun riyazi kəşfləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Alimin ölkəmiz üçün ən mühüm elmi xidmətlərindən biri Azərbaycan dilində riyazi ədəbiyyat və terminlərin yaradılmasındakı əvəzsiz roludur. Bugün dünya rok-n-roll günü kimi qeyd edilir. Rok-n-roll Bir çoxlarımızın sevimli musiqi janrı olan rokun bölmələrindən biridir. 1950-ci illərdə Amerikada ortaya çıxıb. 1950-ci illərdən-1990-cı illərə qədər dünyada ən çox dinlənilən musiqi janrı olan rok-n-roll elektro gitara, bas gitara və bəzən də piyaninonun müşayəti ilə ifa edilir. “ The Beatles” , Elvis Presli və digər qrup və şəxlər rok-n rollu dünyada tanıdıb və sevdirib. Ölkəmizdə 1970-ci illərin əvvəllərindən bu janra maraq artımış və “Xürrəmilər”, Aşıqlar qrupu”, “Ozan”, Tac və Yuxu qrupu kimi tanınmış rok qrupları fəaliyyət göstərmiş və dönəmin gəncləri tərəfindən həvəslə izlənilmişdir.