TARİXİN BU GÜNÜ (10 iyun)

Bu gün Dünya şöhrətli yazıçısı Çingiz Aytmatovun anım günüdür. O, 1928-ci il dekabrın 12-də Qırğızıstanın Talas əyalətinin şəkər kəndində anadan olub.

1952-ci ildən başlayaraq qırğız dilində kiçik hekayələri çap olunmağa başlayıb. Bir sıra hekayələri, həmçinin ona dünya şöhrəti gətirən “Cəmilə” povesti işıq üzü görüb. “Gün var əsrə bərabər”, “Ana torpaq”, “Əlvida Gülsarı”, “Cəllad kötüyü”, “Dəniz kənarı ilə qaçan alabaş” kimi məşhur roman və povestləri dünya ədəbiyyatı kitabxanasına daxil olub.Çingiz Aytmatov Azərbaycanda da kifayət qədər tanınır və sevilirdi. Ölümündən bir neçə ay əvvəl Bakıda 80 illik yubuleyi qeyd olunub. Çingiz Aytmatov əsərlərində həyatsevərliyi ilə fərqlənirdi. Onu oxucusuna sevdirən də bu idi. görkəmli ictimai-siyasi xadim 2008-ci ildə dünyasını dəyişib. 10 İyun Xalq şairi Süleyman Rüstəmin anım günüdür .Rüstəmzadə Süleyman Əliabbas oğlu 1906-cı ildə Bakının Novxanı kəndində anadan olub. ADU-nun şərq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçilib, bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat kimi fəaliyyət göstərib.M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru işləyib. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni və bir sıra medallarla təltif edilib. Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın "Qaçaq Nəbi" məzmun dramı, "Durna" komediyası dramaturgiyasının incilərindəndir.Görkəmli şair və ictimai xadim Süleyman Rüstəm 1989-cu ildə Bakıda vəfat edib. Bu gün drijor,bəstəkar Səid Rüstəmovun anım günüdür.Səid Əli oğlu Rüstəmov 1907-ci ildə anadan olub. 1930-cu ildən fəaliyyətə başlayan bəstəkarın ilk əsəri də S.Vurğunun sözlərinə bəstələdiyi «Pioner» marşı olur.1931 ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu xalq çalğı alətləri orkestri Səid Rüstəmovun yaradıcılığında xüsusi rol oynayır. Üzeyir bəy onu orkestrə həm tarzən, həm də konsertmeyster təyin edir. Gənc Səid burada dünya klassiklərinin əsərləri ilə tanış olur, özü də bu üslubda əsərlər yazmağa başlayır. Bəstəkarın «Bayatı-Kürd» fantaziyası bu əsərlərindəndir. «Yaxan düymələ» və «Yadıma düşdü» xalq mahnılarını ilk dəfə xalq çalğı alətləri orkestri üçün məhz S.Rüstəmov işləyib. O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. Bu illər ərzində orkestrin ifaçılıq imkanları xeyli genişlənmiş və daha da təkmilləşmişdir.Milli musiqi xəzinəmizə gözəl incilər bəxş edən Xalq artisti, Dövlət mükafatı laureatı, professor S.Rüstəmovun geniş yaradıcılıq fəaliyyətinə onun ictimai xadim kimi xidmətləri də daxildir. Bircə bunu demək kifayətdir ki, dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsi məhz S.Rüstəmova həvalə olunub .S.Rüstəmov 1983-cü ilin bu günündə vəfat edib.